Paltaryuyan maşının altından meşəyə uzanan tunel - Rizedə cinayətkarın evindən inanılmaz görüntülər

30-03-2025, 12:38           
Paltaryuyan maşının altından meşəyə uzanan tunel -
Türkiyədə dörd ildir axtarışda olan şəxsin tutulması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözlənilməz tapıntı ilə üzləşiblər. Belə ki, şübhəlinin evində paltaryuyan maşının arxasında meşəyə qədər uzanan gizli tunel aşkarlanıb.

Bu barədə "A Haber" xəbər verir.

Bildirilir ki, Rize vilayəti Jandarma Komandanlığının əməkdaşları "silahlı soyğun", "qəsdən yaralama", "təhqir", "polisə müqavimət" və "hədələmə" kimi cinayətlərə görə axtarışda olan 51 yaşlı İ.H.-nin Kurtuluş kəndində gizləndiyi məlumatı əsasında əməliyyata başlayıblar. Səhər saatlarında evə basqın həyata keçirilib. İ.H. əvvəlcə silahlı müqavimət göstərsə də, çox davam gətirməyib: Hüquq-mühafizə orqanlarının əməkdaşları evə daxil olublar. İlkin axtarışda o tapılmasa da, diqqətli yoxlama zamanı şübhəli şəxsi vanna otağının paltaryuyan maşının altından girişi olan və meşəyə çıxan gizli tuneldə ələ keçiriblər.
Ev və tuneldə aparılan axtarış zamanı yeddi qeydiyyatsız tapança, 22 daraq, 48 güllə, iki kompüter, 17 qadağan olunmuş kitab, çoxlu sayda lülə, yay və ox kimi silah hissələri aşkar edilib. Əməliyyat anları jandarmanın kamerası ilə lentə alınıb.

Şübhəli şəxs həbs olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.