İmamoğluna görə Türkiyəyə gedən, PKK ilə əməkdaşlıq edən isveçli "jurnalist" həbs olundu

31-03-2025, 08:14           
İmamoğluna görə Türkiyəyə gedən, PKK ilə əməkdaşlıq edən isveçli "jurnalist" həbs olundu
PKK terror təşkilatı üçün Türkiyədə fəaliyyət göstərən isveçli “jurnalist” Kaj Joakim Medin “Prezidentə təhqir” və “silahlı terror təşkilatına üzv olmaq” maddələri ilə həbs olunub.
“Yeni Şafak” xəbər verir ki, o, 2023-cü ilin yanvarın 11-də İsveçin Stokholm şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini asıb. Yanvarın 13-ə Kaj Joakim Medin haqqında istintaq başladılıb.

İstintaq çərçivəsində Medin də daxil olmaqla 15 nəfər şübhəli şəxs saxlanılıb.

İsveçli "jurnalist"in dünən bir müddət əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrem İmamoğlunun həbsindən sonra başlayan aksiyaları işıqlandırmaq üçün İstanbula getdiyi müəyyənləşib. O, dərhal saxlanılıb. Sonra isə həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru