Avstriyalı nazir: Ərdoğan bura gəlməsin!
27-02-2017, 22:17
Nazirin “Ərdoğanfobiya”sının səbəbi nədir?
Avstriya Xarici İşlər və İnteqrasiya Naziri Sebastyan Kurz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana icmarıc göndərib.
İstiPress-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, nazir “Ərdoğan referendum üçün Avstriyaya gəlməsin” deyib.
Türkiyədə Konstitusiyaya dəyişikliyin nəzərdə tutulduğu referendum Avstriyada da müzakirə edilir. Bu ölkənin Xarici İşlər və İnteqrasiya Naziri Sebastyan Kurz, mitinqlərin, Avstriyada yaşayan türkləri ayırdığını və onlar arasında qarşıdurma yaratdığını səbəb gətirib.
Nazir 2014-cü il Prezident seçkilərini xatırladaraq, Ərdoğanın Vyana mitinqinə 13 min 500 nəfərin qatıldığını və mitinqdən sonra qarışıqlıq baş verdiyini xatırladıb.
Kurz daha sonra əlavə edib ki, Ərdoğan Avstriyaya və ya Avropa Birliyinin hər hansı bir üzv ölkəsinə dövlətlərarası rəsmi səfər və dövlət xadimləri ilə ikitərəfli görüşlər üçün hər zaman gələ və bundan məmnunluq duyacaqlarını da sözlərinə əlavə edib.
Cebhe.info