Türk ordusunun ayaq səsləri Münbiçdən eşidildi - Kürd terrorçuları, YPG qorxuda, himayədarları əl-ayada

28-02-2017, 21:11           
Türk ordusunun ayaq səsləri Münbiçdən eşidildi - Kürd terrorçuları, YPG qorxuda, himayədarları əl-ayada
Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun birgə apardığı "Fərat Qalxanı" əməliyyatında əsas hədəflərdən biri olan Əl-Bab qəsəbəsinin alınması ilə növbəti mərhələyə keçilib.

Faktor.az bildirir ki, Əl-Babdan sonrakı hədəf olan Münbiçin alınması üçün hazırlıqlara başlamaqla yanaşı, İŞİD-in əlindəki digər ərazilər də terrorçulardan təmizlənir.

Əl-Babdan sonra Fikhat əl-Kəbirə, Fikhah əl-Sagira, Fikhat əl-Sərirə, Jubb Nasan, Kəbirə və Sukkaria Sagira yaşayış məskənləri İŞİD-in əlindən alınıb.

Cerablusun cənubundakı Qiratahda ASO və YPG arasında atışmalar başlarkən, Türkiyə ordusu və ASO əsgərləri əl-Babın şərqindəki əsas məntəqələri bir-bir ələ keçirərək YPG-nin əlindəki Münbiçi cənubdan mühasirəyə almağa başlayıb.

Rəhim /Faktor.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.