Məşhur kriminal avtoritetin nəvəsi tutuldu

25-06-2015, 20:32           
Məşhur kriminal avtoritetin nəvəsi tutuldu
Haqqında həbs qərarı çıxarılan məşhur kriminal avtoritet Dündar Kılıçın nəvəsi Onur Özbizerdik həbs olunub.

Musavat.com-un məlumatına görə, Onur Özbizerdik son olaraq bir nəfəri bıçaqlamaqda günahlandırılırdı.

Onur Özbizerdik bir nəfəri öldürüb həbs olunmuş, keçən il həbsdən azad edilmişdi. Azadlığa buraxılandan sonra isə o, bir gənci bıçaqlayaraq qaçmışdı. O. Özbizerdik bu gün İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində tutulub.

Qeyd edək ki, bir müddət əvvəl Onur Özbizerdik restorana girərək müştərilərə atəş açmışdı. Bu hadisə mətbuatda geniş yer almışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.