Suraxanı Gənclər Evində ulu Şəhriyarı andılar FOTOLAR

21-04-2017, 21:02           

teref.az - Bu gün Suraxanı rayonu Gənclər Evində Şəhriyarın 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanım, AYB nın Güney Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, yazar Sayman Aruz, türkoloq İlqar Türkoğlu,ədəbiyyatşünas- tənqidçi Əsəd Cahangir, həkim - yazar Asif Kəngərli, "Savalan" qrupunun yaradıcısı Novruz Novruzlu, Akademik Opera və Balet teatrının artistləri - respublikanın əməkdar artisti Nuriyyə Hüseynova və Mütəllim Dəmirov, şairə, bədii qiraətçi Ülkər Piriyeva öz çıxışları ilə tədbirimizə rəng qatdılar.
Sonda Suraxanı rayon Gənclər və İdman idarəsi tədbirin təşkilatçısı Kəmalə Səlim Müslümqızı , aparıcılar Nail Salamov adına 97 saylı məktəbin 10 cu sinif şagirdləri Məmmədova Vəzifə və Qurbanova Ləmanı fəxri fərmanla təltif etdi.
Suraxanı Gənclər və İdman idərəsinin rəisi Bağırov Amilə və aparıcı məsləhətçi Elnarə xanıma təşəkkürlərimizi bildiririk.
teref.az





























Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.