FETÖ-dən “cənnət vədi”: - “Məhəmməd Peyğəmbər (s.a.s) yuxuda dedi ki, sizsiz Cənnətə girməyəcəm”

22-04-2017, 13:23           
FETÖ-dən “cənnət vədi”: - “Məhəmməd Peyğəmbər (s.a.s) yuxuda dedi ki, sizsiz Cənnətə girməyəcəm”
FETÖ-dən ayrılmaq istəyənləri saxlaya bilmək üçün Məhəmməd peyğəmbəri (s.a.s) yuxusunda gördüyünü iddia edən gülənçilərin “Bylock” yazışmaları üzə çıxıb.
Avropa.info xəbər verir ki, FETÖ-nün Poladlı Mərkəzindəki təşkilatlanmasına qarşı aparılan istintaq çərçivəsində aralarında Poladlı imamı Ramazan Yumakın da olduğu 21-i həbsdə olan 29 şübhəlinin haqqında qaldırılan iddiada şübhəlilərin müdafiə prosesi tamamlanıb.
Ankara 15-ci Ağır Cəza Məhkəməsində başladılan məhkəmə prosesi şübhəlilərin müdafiəsindən sonra əlaqədar təşkilatlardan məhkəməyə gələn sənədlər oxunub.
Məhkəmənin sədri Məhəmməd Karaca şübhəlilərin Gülən şəbəkəsinə məxsus olan “ByLock” mobil proqramından istifadə edib-etmədikləri ilə bağlı tələb olunan sənədlərin bir qisminin məhkəməyə göndərildiyini deyərək sözügedən proqram vasitəsilə aparılan yazışmaları oxuyub.
Şübhəlilərdən Məsud Özün “ByLock” yazışmasına dair sənədlərdə söhbətlərin təşkil edildiyi təşkilat evləri başda olmaqla polisin basqınına məruz qala biləcək yerlərdə sənəd saxlanmaması ilə bağlı xəbərdarlıq yer alıb.
Həmin yazışmalarda deyili: “sənəd, dərs qeydləri, yaddaş kartları, CD, məlumatların yüklü olduğu kompüterlər axtarışda ələ keçiriləcək dəlillər arasında göstərilir. Bunların dərhal gizlədilməsinə diqqət edilməlidir. Mühüm siyahılar kitabların arasında saxlandığı üçün ev basqını zamanı ələ keçir. Axtarışlarda kitabların da arasına baxırlar. Hər kəsə ümumi xəbərdarlıqlar edilməlidir.”
Şübhəli Yıldıray Akdoğanın 10 avqust 2015-ci ildə etdiyi yazışmalarda isə FETÖ üzvlərinin sabit internet şəbəkələri əvəzinə, açıq simsiz şəbəkələr (Wi-Fi) vasitəsilə “ByLock” proqramına daxil olaraq ünsiyyət qurmaları tövsiyə olunur. Akdoğanın yazışma sənədləri arasında Məhəmməd peyğəmbəri (s.a.s.) yuxusunda gördüyünü iddia edən bir üzvün izahatları da yer alır.
“Bir qardaşımız yuxusunda Peyğəmbərimizi görüb. Qarışıqlıq mühitində peyğəmbərimiz ona “Sizsiz cənnətə getməyəcəm” deyib.”
Bir başqa “ByLock” istifadəçisi olan şübhəli Həsən Canın yazışmalarında isə bu sözlər qeyd olunub: “Yuxu aləmində Peyğəmbərimiz izah edir ki, “üzülməyin , şəfaətim sizlərin üzərinizdə olacaq, həbsin dərəcəsini bilsəydiniz, gedər özünüzü həbs etdirərdiniz.”FETÖ-dən ayrılmaq istəyənləri saxlaya bilmək üçün Məhəmməd peyğəmbəri (s.a.s) yuxusunda gördüyünü iddia edən gülənçilərin “Bylock” yazışmaları üzə çıxıb.
Avropa.info xəbər verir ki, FETÖ-nün Poladlı Mərkəzindəki təşkilatlanmasına qarşı aparılan istintaq çərçivəsində aralarında Poladlı imamı Ramazan Yumakın da olduğu 21-i həbsdə olan 29 şübhəlinin haqqında qaldırılan iddiada şübhəlilərin müdafiə prosesi tamamlanıb.
Ankara 15-ci Ağır Cəza Məhkəməsində başladılan məhkəmə prosesi şübhəlilərin müdafiəsindən sonra əlaqədar təşkilatlardan məhkəməyə gələn sənədlər oxunub.
Məhkəmənin sədri Məhəmməd Karaca şübhəlilərin Gülən şəbəkəsinə məxsus olan “ByLock” mobil proqramından istifadə edib-etmədikləri ilə bağlı tələb olunan sənədlərin bir qisminin məhkəməyə göndərildiyini deyərək sözügedən proqram vasitəsilə aparılan yazışmaları oxuyub.
Şübhəlilərdən Məsud Özün “ByLock” yazışmasına dair sənədlərdə söhbətlərin təşkil edildiyi təşkilat evləri başda olmaqla polisin basqınına məruz qala biləcək yerlərdə sənəd saxlanmaması ilə bağlı xəbərdarlıq yer alıb.
Həmin yazışmalarda deyili: “sənəd, dərs qeydləri, yaddaş kartları, CD, məlumatların yüklü olduğu kompüterlər axtarışda ələ keçiriləcək dəlillər arasında göstərilir. Bunların dərhal gizlədilməsinə diqqət edilməlidir. Mühüm siyahılar kitabların arasında saxlandığı üçün ev basqını zamanı ələ keçir. Axtarışlarda kitabların da arasına baxırlar. Hər kəsə ümumi xəbərdarlıqlar edilməlidir.”
Şübhəli Yıldıray Akdoğanın 10 avqust 2015-ci ildə etdiyi yazışmalarda isə FETÖ üzvlərinin sabit internet şəbəkələri əvəzinə, açıq simsiz şəbəkələr (Wi-Fi) vasitəsilə “ByLock” proqramına daxil olaraq ünsiyyət qurmaları tövsiyə olunur. Akdoğanın yazışma sənədləri arasında Məhəmməd peyğəmbəri (s.a.s.) yuxusunda gördüyünü iddia edən bir üzvün izahatları da yer alır.
“Bir qardaşımız yuxusunda Peyğəmbərimizi görüb. Qarışıqlıq mühitində peyğəmbərimiz ona “Sizsiz cənnətə getməyəcəm” deyib.”
Bir başqa “ByLock” istifadəçisi olan şübhəli Həsən Canın yazışmalarında isə bu sözlər qeyd olunub: “Yuxu aləmində Peyğəmbərimiz izah edir ki, “üzülməyin , şəfaətim sizlərin üzərinizdə olacaq, həbsin dərəcəsini bilsəydiniz, gedər özünüzü həbs etdirərdiniz.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.