Rusiyadan Türkiyəyə jest: Hazırıq

22-04-2017, 21:34           
Rusiyadan Türkiyəyə jest: Hazırıq
Türkiyə vətəndaşları üçün müəyyən kateqoriyalarda viza prosesinin sadələşdirilməsini aparmağa hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov deyib.

“Viza məsələsi gündəmə gəldi. Xidməti pasport sahibləri və Rusiya ilə çalışan iş adamları üçün viza prosedurunu sadələşdirməyə hazır olduğumuzu bir daha bildiririk”, - Rusiya rəsmisi bildirib.

Meşkov yük maşınlarının sürücüləri və türk hava yollarının heyətləri üçün də viza qaydalarının sadələşdirilməsinin önəmini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru