Azərbaycan şəhəri ilə bağlı daha bir skandal qərar

22-04-2017, 23:57           

İraq Kürd Regional Rəhbərliyinin əsas müxalif qrupu Goran (Dəyişiklik) Hərəkatı və Kürdüstan Yurdsevərlər Birliyi (KYB) ortaq bəyanat yayaraq Kərkükdə referendumun təşkil edilməsi məsələsində həmfikir olduqlarını bildiriblər.

Axar.az xəbər verir ki, Süleymaniyyə şəhərində təşkil edilən toplantıda referendumun kürd xalqının ən təbii haqqı olduğu vurğulanıb:

“Referendumun təşkil edilməsi üçün hərtərəfli hazırlıqlara başlanılmalıdır. Bu, milli məsələdir və xalqın mənafeyi daim əsas saxlanılmalıdır”.

Qeyd edək k, referendum qərarını ərəblərlə türkmanlar boykot etmişdi.

Xatırladaq ki, bundan öncə Kərkükdə dövlət idarələrində kürd bayrağının asılması bölgədə ciddi gərginliyə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru