Tikinti 800 yaşı olan Göy günbəzləri dağıdır

22-04-2017, 23:59           

Marağa əhalisi 800 yaşı olan Göy günbəzlərin ətrafında qazıntı işlərinin aparılmasından narahatdırlar.

Kult.az xəbər verir ki, Azərbaycan tarixinin incilərindən olan Göy günbəzlər Səlcuqlar dövrünə aid möhtəşəm tarixi əsərdir.

Bir müddət öncə əhalinin narazılığını nəzərə alaraq, Mədəni Abidələrin Mühafizəsi İdarəsi və məhkəmə bu tarixi abidələrin ətrafında qazıntı işlərinin aparılmasını qadağan etmişdi. Hazırda Mədəni Abiələrin Mühafizəsi İdarəsi və arxeololar məsələ ilə bağlı araşdırmalara başlayıb. Buna baxmayaraq, tarixi abidənin etrafında dərin qazıntı işlərinin saxlanılması və yağıntı sularının bu qazıntılara dolması abidəyə təhlükə yaradır. Bundan narahat olan əhalı yetkililəri tarixi abidələrin durumuna laqeyd yanaşmamağa çağırıb.

Marağalılar tarixi abidənin bərpa edilməsini, ətrafda olan tikinti işlərinin dayandırılması tələb edirlər. Hər iki abidə 85 il bundan əvvəl milli mədəni abidələr siyahisinə daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru