Ərdoğandan islam dünyasına müraciət etdi: Ey müsəlmanlar...

23-04-2017, 09:14           

Böyüklərin başlatdığı savaşın cəzasını uşaqlar çəkməməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

“Səsimizi yüksəltdiyimiz üçün bizə diktator deyirlər. Desinlər, biz səsimizi yüksəldəcəyik. Müsəlmanlar prinsip olaraq bir araya gələ bilmir. Lazımi addımları atmalıyıq. Məzhəb dinin yerinə keçir. Bir-birimizi aldatmayaq. Bölgədə fitnə-fəsad baş verirsə, bunun ilk növbədə günahkarı bizlərik. Biz gücümüzün çatdığı yerdə əlimizlə, çatmadığı yerdə isə dilimizlə yanlışlığı düzəldəcəyik. Fələstin münaqişəsinin davam etməsinin səbəbi müsəlmanlar arasında olan çəkişmələr deyilmi? Birlikdə İslam dünyasının mövcud durumunu dəyərləndirməyi bacarmalıyıq. İslam dünyası izzətini harada itirmişdirsə, orada da axtarmalıdır. Mənfəətin deyil, mərhəmətin, separatizmin deyil, həmrəyliyin tərəfində olmalıyıq”, - türk lider bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru