Bülənt Arınc ilk dəfə referendumla bağlı danışdı – Hansı səsi verdiyi üzə çıxdı

24-04-2017, 19:37           
Bülənt Arınc ilk dəfə referendumla bağlı danışdı – Hansı səsi verdiyi üzə çıxdı
Türkiyənin baş nazirinin sabiq müavini Bülənt Arınç AKP daxilindən ona qarşı səsləndirilən tənqid və açıqlamalara münasibət bildirib.
Avropa.info xəbər verir ki, Bülənt Arınç məsələyə münasibət bldirməsilə referendumda hansı səsi verməsinə də işarə vermiş olub.
AKP İstanbul millət vəkili Mehmet Metiner Bülənt Arınç və sabiq idman naziri Suat Kılıç haqqında “Könül dünyamızda zərrə qədər yerləri yoxdur” açıqlaması ilə gündəmə gəlmişdi.
Metinerin bu açıqlamasından sonra Fehmi Koru internetdə yerləşdirdiyi bir yazı ilə Metinerə cavab vermişdi. Korunun yazısında deyilirdi: “Eyni şəxslər referendumda sürüdən ayrı səs verəcəkləri ilə bağlı açıq-aşkar mesaj versələr, bu seçimlərini sevənlərinə eşitdirmək üçün səy göstərsələr nə olardı ki?”.
Bülent Arınç isə Metinerə birbaşa cavab vermək əvəzinə Fehmi Korunun bu yazısını paylaşmışdı. Partiya mənsubları Arınçın bu paylaşım ilə “xeyr” səsindən istifadə etdiyi, ancaq heç kimə yön vermək istəmədiyini deyirlər.
Bununla da kifayətlənməyən Arınç “Twitter” hesabında Korunun yazısından başqa, Kamal Öztürk, İsmayıl Kılıçarslan və Sibel Eraslanın köşə yazılarını da paylaşaraq “oxumanızı tövsiyə edirəm” deyə əlavə etdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.