İllərdir qızlarına təcavüz edən "ata" bu gün həbs olundu - Foto
25-04-2017, 21:46
Türkiyədə iki qızını cinsi istismara məruz qoyan ata həbs olunub.
Moderator.az xəbər verir ki, "Hürriyyət" qəzetinin 24 aprel 2017 tarixli sayında yazar Oqtay Alphan köşə yazısında Ankarada Pursaklar bölgəsində yaşayan H.E. adlı şəxsin uzun illərdir ki, qız övladlarına təcavüz etdiyini, bu məsələdən halı olan ailə üzvlərinə fiziki və psixoloji zor tətbiq etdiyini və nəticədə cəza almadan sərbəst gəzdiyini yazmışdı.
Bu gün bu yazının ardından prokurorluq hərəkətə keçib və ata həbs olunub. O, ifadəsində özü, həyat yoldaşı və qızları tərəfindən ona böhtan atıldığını, qızlarının yaşadığı ziddiyyətli münasibətləri öyrəndiyi üçün əleyhinə ifadə verdiklərini müdafiə edərək "Mənim günahım onların keçirdikləri əxlaqsız həyat tərzini öyrənmək və buna mane olmaqdır" - deyib.
Ata iki qızını 6-7 yaşlarından bəri cinsi istismara məruz qoymaqda günahlandırılır. Ana isə namussuz atanın iyrənc hərəkətlərindən bu il xəbər tutub.