Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil"

26-04-2017, 08:46           
Ərdoğan: "Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Bəşər Əsəd ölkənin başında durduqca Suriya münaqişəsini həll etmək mümkün deyil.
"Report" xəbər verir ki, bu barədə "Reuters"ə istinadən RİA "Novosti" məlumat yayıb.
"Əsəd Suriyada potensial nizamlanma üçün həll yolu deyil. Həll variantının ortaya çıxması üçün Suriyanı Əsəddən azad etmək lazımdır", – deyə Türkiyə prezidenti bildirib.
O əlavə edib ki, Suriya prezidenti Yaxın Şərq ölkələrində qaçqınlarla bağlı mürəkkəb vəziyyətin yaranmasına səbəb olan amillərdən biridir. Ərdoğan, həmçinin digər ölkələri Suriya xalqına özünün qərar verməsinə və yeni liderini seçməsinə kömək etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru