Ərdoğandan ABŞ-ın etirazına cavab:"Terroristlər tam yox olana qədər əməliyyat sürəcək"

26-04-2017, 09:10           

Türkiyə prezidenti Ərdoğan bu gün İraq ərazisindəki PKK-nı bombalamalarına etiraz edən ABŞ-a cavab verib.

Strateq.az xəbər verir ki, Ərdoğan "əməliyyatla bağlı ABŞ və Rusiyaya məlumat verdik", – deyə, bildirib.

Türkiyə prezidenti əlavə edib ki, terroristlər tam yox olana qədər əməliyyat sürəcək.

Xatırladaq ki, bu gün ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner Türkiyənin İraqdakı PKK-çılara zərbəsini pisləyərək, deyib: "Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və "Peşmərgə”nin üzvləri də daxil olmaqla, İŞİD-lə mübarizədə tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub”.

Onun sözlərinə görə, İraq ərazisində bütün hərbi əməliyyatlar bu ölkənin suverenliyinə xələl gətirməməlidir: "Türkiyənin və İŞİD-lə mübarizə aparan digər tərəfdaşlarımızın addımlarının əlaqələndirməsi həyati əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG) Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib, 70-dən çox terrorçunun məhv edildiyi, xeyli yaralının olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru