İstanbulda mikroavtobusda partlayış olub, 7 tələbə yaralanıb
26-04-2017, 21:41
İstanbulda özəl universitetlərdən birinin tələbələrini daşıyan mikroavtobusda baş verən partlayış nəticəsində 7 tələbə yaralanıb. “Report” CNNTurk-ə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbi hələlik bilinmir. Polis mikroavtobusda əldəqayıma partlayıcı qurğunun partladıldığını ehtimal edir.