Suriyalı türkmən fəal, hüquqşünas Əli Öztürkmən Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) tənqid edib.
Modern.az saytı xəbər verir ki, Əli Öztürkmən bildirib ki, MHP türk millətçiliyini elmi və məntiq qavrayışı çərçivəsində müdafiə etmir.
“MHP klassikdir və yeniliyə qapalıdır. Bir də İslam dininin sünni təriqətində qalır”,-deyə Əli Öztürkmən qeyd edib. Türkmən fəal vurğulayıb ki, MHP-nin sosial bazası təhsil səviyyəsi aşağı olanlardan ibarətdir. “Buna görə də partiyada yaş və təhsil səviyyəsi çox ziddiyyətlidir. MHP həm dünyanın ən çox yaşlılar olan, həm də təhsil səviyyэsi aşağı olan partiyasıdır. Nə zaman bunun əksi olarsa, MHP onda iqtidar olar”.