Vaşinqtonda uyğur türklərinə dəstək yürüşü... - FOTOLAR

13-07-2015, 18:43           
Vaşinqtonda uyğur türklərinə dəstək yürüşü... - FOTOLAR
Uyğur türklərinin aksiyasına Anadolu və Azərbaycan türkləri də dəstək verib. İyulun 12-də Vaşinqtonda Çinin Sincan Uyğur Muxtar Vilayətində uyğurlara qarşı basqılara etiraz yürüşü keçirilib. Yürüşdə Birləşmiş Ştatlarda yaşayan uyğurlarla yanaşı Anadolu və Azərbaycan türkləri də dəstək verib. Xəbəri “Yeni Müsavat”a aksiyanın təşkilatçılarından biri Zaur Bayramlı verib.

Aksiya iştirakçıları Çinin müsəlman türklərə qarşı ağır basqılarını pisləyən şüarlar səsləndirib, Çin Xalq Respublikası iqtidarını ölkə vətəndaşları arasında milli, dini diskriminasiyaya son qoymağa çağırıb. Vaşinqtonun Dupont Circle meydanından başlayan yürüşə 150-yə yaxın etirazçı qoşulub. Əllərində “Çin, insan haqlarına sayğı duy!”, “Uyğurlara yönəlik soyqırımı dayandır!”, “Uyğurlara özgürlük!” yazılan plakatlar gəzdirən etirazçılar yürüş boyu Çin hakimiyyətinə tələblər səsləndirib.

Demək ki, dövlətlər əl qoyduğunda sonuc əldə etmək mümkün olur. Türkiyə böyük dövlətdir, proseslərə təsir gücü də güclüdür. Orta Doğuda olduğu kimi Doğu Türküstan məsələsində də Türkiyə təşəbbüsü ələ ala bilər. İnsan haqları məsələsi heç bir ölkənin daxili məsələsi deyil. Türk dövlətləri, eləcə də Azərbaycan bu məsələdə uyğur türklərinə dəstəklərini əsirgəməməlidirlər”.

Yürüş Taylandın Vaşinqton böyükeçiliyi qarşısında qətnamə oxunması ilə başa çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.