Taylanddan uyğur türkləri ilə bağlı qərar VİDEO

13-07-2015, 20:54           

Tayland höküməti 60 uyğur türkünün onların istədikləri ölkəyə göndəriləcəkləri haqqında açıqlama verib.

ANS PRESS-in məlumatına görə, Tayland hökümətinin sözcüsü Sansern Kayukamnerd hər hansı terrorçuluq fəaliyyəti və kirminal aləmlə əlaqəsi olmayan uyğurların Çin və ya Türkiyəyə təhvil verəcəklərini bildirib.

Taylandda saxlanılan uyğur türklərinin yaşamaq üçün Türkiyəni seçəcəyi barədə məlumatlar var. Bundan əvvəl Tayland höküməti 85-i kişi 24-ü qadın olmaqla 109 uyğur türkünün başına torba keçirərək onları Çinə geri qaytarmışdı.
Taylanddan uyğur türkləri ilə bağlı qərar VİDEO




Başlarına torba keçirilmiş uyğurlar

Çin dövlət televiziyasında uyğur türklərinin hamısı terrorçu kimi əlləri bağlı və başlarına torba keçirilmiş vəziyyətdə ölkələrinə geri qaytarılmasının görüntüləri yayılmışdı. Polisin iddiasına görə, təhvil verilən uyğurlardan 13 nəfəri əvvəllər Çin ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olublar. Daha əvvəl Taylandda uyğurların başına gətirilənlərlə bağlı görüntülər ABŞ-da yayılmışdı və bu rəsmi Pekinin etirazına səbəb olmuşdu .
[media=https://www.youtube.com/watch?v=Y5y7niDdMvE]
Həmçinin Çin polisi 109 uyğur türkünün Yaxın Şərqdəki terrorçu qruplara qoşulmaq niyyətində olduqlarını və bunun üçün Türkiyə ərazisindən istifadə etmək fikirində olduqlarını açıqlayıb. Təyyarəyə minidirilən uyğur türklərinin Çin ərazisində hara aparıldığı barədə heç bir məlumat yoxdur. Türkiyə məsələ ilə bağlı Çinə qarşı etirazını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.