Otel işçisi rus turisti zorladı

15-07-2015, 08:36           

Türkiyənin Antaliya şəhərinin Kəmər rayonunda otellərin birində rus qıza qarşı zorlama hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, İHA agentliyi xəbər verir ki, 22 yaşındakı Ozgür A. işlədiyi oteldə tətil edən rus əsilli 21 yaşındakı Anastasya S.yə, otağında yatdığı zaman təcavüz etdiyi iddiasıyla həbs olunub.

Kəmər rayonuna bağlı Çamyuva məhəlləsində yerləşən oteldə texniki xidmət personalı olaraq çalışan Ozgür A. yerli vaxtla saat 05.30 sıralarında elektrik qəzası olduğu səbəbiylə özündə saxladığı bütün otaqların qapısını açan kartla rus əsilli Anastasya S.nin otağına girib. İddiaya görə, Ozgür A. çılpaq halda yatan Anastasya S.yə təcavüz edib.
Təcavüzkar otel işçisi Özgür A. jandarma nəzarətində

Hadisənin ardından Anastasya S. zorlamaya məruz qalması barədə otel rəhbərliyinə xəbər verib. Otelə çağırılan Kəmər rayonu jandarma komandirliyinə bağlı Çamyuva jandarma-polis bölməsi qrupları qaçmağa çalışan Ozgür A.nı nəzarətə götürüb.
Polis bölməsinə aparılan Ozgür A. məhkəməyə göndərilib. Məsələnin araşdırılacağına qərar verən məhkəmə şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçib. 












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.