Ərdoğana mümkün sui-qəsd barədə Almaniya polisinə məktub göndərilmişdi

20-07-2017, 08:01           
Ərdoğana mümkün sui-qəsd barədə Almaniya polisinə məktub göndərilmişdi
Türkiyənin təhlükəsizlik xidməti Hamburqda keçirilən G20 sammitindən əvvəl Almaniya polisinə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana mümkün sui-qəsd barədə nota göndərib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Die Welt” qəzeti yazır.

Nəşrin məlumatına əsasən, iyulun 6-da, sammitdən bir gün əvvəl, alınan məktubda deyilir ki, “alman polis formasında olan şəxs prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd edə bilər”.

Xəbərdarlıqda həmçinin şübhəli şəxsin adı da qeyd olunub. Qəzet yazır ki, söhbət keçmiş türk polis əməkdaşından gedirdi.

Almaniya polisi belə bir xəbərdarlığın aldığını təsdiqləyib.

“Böyük iyirmiliyin” sammiti Hamburqda 7-8 iyul tarixində keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru