Türkiyənin mühakiməsinə müdaxilə qəbuledilməzdir - rəsmi Ankara

20-07-2017, 13:41           
Türkiyənin mühakiməsinə müdaxilə qəbuledilməzdir - rəsmi Ankara
Türkiyə mühakiməsinə müdaxilə qəbuledilməzdir. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici işlər nazirliyinin açıqlamasında bildirilir.

Türkiyə XİN Almaniya vətəndaşı Peter Steudtnerin Türkiyədə həbs olunmasından sonra Almaniya hökuməti səlahiyyətlilərinin açıqlamalarını qəbuledilməz adlandırıb.

“Türkiyənin Berlin səfiri Əli Kamal Aydın Almaniya Xarici İşlər Nazirliyinə gedərək vəziyyəti izah edib. Bu danışıqlardan sonra Almaniya Federal Respublikası Xarici İşlər Nazirliyi sözçüsü Martin Şefer və Federal hökumətin sözçüsü Şteffen Seibert tərəfindən verilən açıqlamalarda Türkiyədəki məhkəmə sistemi tənqid edilmişdir. Bu şərhlərin qəbul edilməsi mümkün deyil”.

Qeyd edək ki, iyulun 5-də İstanbul yaxınlığındakı Böyükadada insan haqları fəallarının toplantı keçirdikləri hotelə basqın edilib. Basqın nəticəsində səkkizi Türkiyə, biri Almaniya, biri İsçev vətəndaşı olmaqla 10 nəfər saxlanılıb. Silahlı terror təşkilatına üzv olmaqda ittiham edilən şəxslərin ötən gün məhkəməsi keçirilib. Məhkəmənin qərarı ilə Piter Ştudtner də daxil olmaqla 6 nəfər həbs edilib. Almaniya xarici işlər nazirinin mətbuat katibi Martin Şefer bildirib ki, Ştudtnerin terror təşkilatı ilə əlaqəsi olduğuna dair ittihamlar həqiqət deyil.

Almaniya hökumətinin təmsilçisi Ştefan Zaybert də aktivistin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasını istədiklərini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.