Özbəkistanda bişirilən plov Ginnesin Rekordlar kitabına düşdü. İstiPress-in məlumatına görə, Daşkənddə dünyanın ən böyük aş qazanı asılıb. Yeməyin ümumi çəkisi nə az, nə çox düz 8 ton olub.
Aşın hazırlanmasına 1,5 ton qoyun əti, 1,9 ton düyü, 2,7 ton yerkökü, 220 kq soğan istifadə edilib. Plovun hazırlanmasında həmçinin noxud, üzüm, zirə, qara istiot və s. də istifadə olunub. Bu yeməyə xərclənən pulun miqdarı isə 102,5 milyon özbək sumu (723 min rubl) olub.
Aş 8 min litrlik həcmi olan qazanlarda bişirilib. Yeməyin hazırlanma mərhələsində 50 aşpaz iştirake dib. Bişən yeməyin böyük hissəsi uşaq və qocalar evlərinə göndəriləcək. Arzu edən hər kəsə də ondan dadmaq imkanı yaradılıb.