“Kim milyonçu olmaq istəyir” yarışmasında 1 milyonluq sual – VİDEO

25-09-2017, 08:51           

“Kim milyonçu olmaq istəyir” oyununda iştirakçı 1 milyon lirəlik sualın qarşısında çətin anlar yaşayıb.
Türkiyə mediasından əldə olunan məlumata görə, intellektual oyunda iştirak edən Çağdaş İrfan Yıldırım adlı gənc 250 min lirəni qazandıqdan sonra 1 milyonluq sualla üz-üzə qalıb.
1 milyon lirə qazandıran sual isə bu olub:
“Qurani-Kərimdə nəyə and içilməmişdir?” sualı üçün verilən cavablar “Dəniz, Günəş, Arı və Qələm” üzərində uzun müddət fikirləşən Çağdaş əmin olmadığını söyləyərək suala cavab verməkdən imtina edib və 250 min lirə qazanıb.
Lakin iştirakçının əmin olmadığı, lakin təxmin etdiyi “Arı” cavabı düzgün çıxıb.
Verilişdən olan videogörüntünü təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=Dx_WwJ5FTxo]













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru