Türkiyədə 80 terrorçu zərərsizləşdirilib

7-11-2017, 07:42           
Türkiyədə 80 terrorçu zərərsizləşdirilib
Türkiyədə son həftə ərzində keçirilən antiterror əməliyyatlarında 80 terrorçu zərərsizləşdirilib.
"Report"un "Anadolu"ya istinadən məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi xəbər verib.
Xəbərdə qeyd olunur ki, onlardan 68-i məhv edilib, 6-ı silahı yerə qoyaraq təslim olub. Daha 6 nəfər sağ ələ keçirilib.
Son bir həftədə Türkiyənin təhlükəsizlik qüvvələri quruda və havada 476 əməliyyat keçirib. Əməliyyatlar zamanı PKK, İŞİD və FETÖ terrorçuları ilə əlbir olmaqda və əməkdaşlıq etməkdə şübhəli bilinən 974 nəfər saxlanılıb.
Bundan əlavə, Türkiyənin şərqində terrorçuların 47 - Diyarbəkirdə 26, Bitlisdə 10, Tuncelidə 8, Mardində 8, Ərzincanda 1 sığınacağı məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru