Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ı Qüds mövzusunda xəbərdar edərək, "Bu, bizim diplomatik əlaqələrimizi İsrail ilə kəsilməsinə qədər gedə bilər” deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında etdiyi açıqlamada, "Qüds müsəlmanların qırmızı xəttidir. Bu, bizim diplomatik əlaqələrimizi İsrail ilə qoparmağa qədər gedə bilər. Amerikaya buradan bir daha xəbərdarlıq edirik. Belə bir addım ata bilməzsiniz. Əgər atarsanız, İsrail ilə diplomatik münasibətləri kəsərik" deyə, təhdid edib.