“Heç kim namusumuza söz deyə bilməz” - Acun əsəbiləşdi

6-12-2017, 00:56           
“Heç kim namusumuza söz deyə bilməz” - Acun əsəbiləşdi
“Heç kim namusumuza söz deyə bilməz” - Acun əsəbiləşdi


TV8-də yayımlanan “Survivor” yarışmasının ötən mövsümündə qalib olan Ogeday Girişkənin SMS səsverməsində saxtakarlıq etdiyi iddia edilib.

Moderator.az Qafqazinfo-ya istinadən xəbər verir ki, kanalın sahibi və verilişin aparıcısı Acun Ilıcalı iddiaya sərt cavab verib:

“İllərdir qurumlardan gələn səsvermə nəticələrini notarius təsdiq edir, biz də açıqlayırıq. Notariusdan daha etibarlı qurum varmı? Bizə “saxtakarlıq etdiniz” deyənlər böhtan atanlardır.

Əgər səsvermə qaydalarını görmək istəyirlərsə, onu da paylaşarıq. Biz heç kimin haqqını yemədən əməyimizlə buralara gəlmişik. Heç kim
namusumuza söz deyə bilməz”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.