Çavuşoğlu NATO-un Baş Katibi ilə görüşüb

6-12-2017, 07:28           

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər həmçinin ötən ay Norveçdə keçirilmiş NATO təlimlərində baş vermiş qalmaqalada toxunublar.

NATO rəhbəri xatırladıb ki, hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğandan üzr istəyib.

Stoltenberq qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar davam edir. Onun sözlərinə görə, gələcəkdə bu cür halların təkrarlanması üçün tədbirlər görülüb.

Görüş zamanı Türkiyənin Alyansın fəaliyyətinə böyük töhfə vediyi vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru