Türkiyənin 768 diplomat və məmuru Almaniyadan sığınacaq istəyib

6-12-2017, 08:40           

Türkiyənin 768 diplomat və məmuru Almaniyadan sığınacaq istəyib.

AzEuroNews.com–un məlumatına görə, bu barədə Almaniya Federal Xarici İşlər nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra 768 türkiyəli diplomat və məmur Almaniyaya qaçaraq sığınacaq istəyib.

Onların 401-nin sığınacaq istəyi qəbul edilib. Digərlərinin işi isə araşdırılır.

Nazirlikdən verilən açıqlamada qeyd olunur ki, bu ilin oktyabr ayında 1059 Türkiyə vətəndaşı Almaniyaya gələrək sığınacaq istəyib.

Hazırda Almaniyadan sığınacaq istəyən Türkiyə vətəndaşları Suriya və İraq vətəndaşlarından sonra üçüncü yerdə qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.