XVI əsrə aid orijinal mənbə- “Şah İsmayıl Azərbaycan taxtına oturdu və...”

7-12-2017, 08:19           
XVI əsrə aid orijinal mənbə- “Şah İsmayıl Azərbaycan taxtına oturdu və...”
Bu gün çox təəssüf ki, haqqında birmənalı fikirlər səsləndirilməyən, üzərində layiqi olmadığı yad baxışların düşdüyü tarixi şəxsiyyətlərimizdən biri də dövlət xadimimiz, böyük sufi mürşidi, təsəvvvüf şeyxi Şah İsmayıl Xətaidir.

Amma ən dəyərl Orta Əsrlər mənbələri də Şah İsmayılın Azərbaycana məxsusluğunu bildirirlər. Bu, həddindən artıq böyük göstəricidir. Şahın bizə aiddiyyatlığı əks etdirməklə yanaşı, birbaşa Azərbaycan adının və onun dövlətçilik ənənəsinin nüfuzunu göstərir.

Moderator.az xəbər verir ki, belə mənbələrdən biri də Əbdi bəy Şirazinin “Təkmilətül-Əxbar” əsəridir. 1570-ci ilə aid olan əsərdə Şah İsmayılın taxta çıxması və Azərbaycan adının çəkilməsi bizim dövlətçilik tariximiz üçün çox vacib detaldır:

“ İgidliyinə görə Tozqoparan adlandırılan Piri bəy Qacar isə ordunun ön dəstəsi olaraq yola düşdü. (Rəqib) tərəfdən özünü Rüstəm və İsfəndiyardan əskik bilməyən Həsən ağa Şəkər oğlu qaraula (kəşfiyyata) gəlmişdi (o), Mişkin vilayətinin Kərmavəz (adlı yerində) Piri bəy Qacarın gəlmək xəbərini eşidib qaçdı və AZƏRBAYCAN padşahı olan Əlvənd bəy ibn Yusif bəyin qoşunu ilə birləşdi. Xəbər çatdırdı ki, artıq Şah İsmayıl və ordunun ön dəstəsi yaxındadır. Xülasə, Əlvənd bəy həddən artıq hücuma hazır olan qoşununu nizama saldı və Naxçıvan vilayətinin Şərur düzündə şahanə müharibə oldu. Piltən bəyin nəvələri Qarçıqay Məhəmməd, Lətif bəy və Seyid Qazi bəy 8 min süvari igidlə öldürüldü. Əlvənd bəy güclə canını qurtarıb Diyarbəkrə qaçdı. Əzəmət bayraqları darüssəltənə Təbrizə gəldi. Kama çatmış Şah (İsmayıl) xoşbəxtliklə padşahlıq taxtına oturdu. Xütbə və sikkə padşahın ləqəbləri ilə bəzəndi..”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.