“Ayla”nın Süleymanı dünyasını dəyişdi VİDEO

7-12-2017, 16:32           

“Ayla” filmi ilə həyatı ekranlaşdırılan koreyalı Eunja Kim mənəvi atası, qazi Süleyman Dilbirliği dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, o, müalicə aldığı Haydarpaşa Araşdırma Xəstəxanasında həyatını itirib. 91 yaşlı qazi orqan çatışmazlığından ölüb.

Bu barədə Dilbirliyin həkimi açıqlama verib:

“12 noyabr tarixindən etibarən ciddi şəkildə müalicə olunur. 24 saat ərzində halı pisləşdi, orqan çatışmazlığından əziyyət çəkirdi. Müdaxilələrə baxmayaraq qazimizi xilas etmək mümkün olmayıb”.

Xatırladaq ki, Süleyman Dilbirliği 1950-ci ildə Koreya müharibəsində ailəsini itirən 5 yaşlı qızı sahiblənərək adını Ayla qoymuşdu. Onun bu hekayəsi “Ayla” filminin yaranmasına səbəb olmuşdu.

Qeyd edək ki, "Oskar"da "Ən yaxşı xarici film" nominasiyasına namizəd olan film ötən gündən etibarən Nizami Kino Mərkəzində yayımlanmağa başlayıb. Filmin ilk nümayişi mətbuat nümayəndələri üçün təşkil olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru