Zərrabın Ebru Gündəşə bağışladığı 7 MİLYON AVROLUQ YAXTA MÜSADİRƏ EDİLMƏDİ

7-12-2017, 18:58           
Zərrabın Ebru Gündəşə bağışladığı 7 MİLYON AVROLUQ YAXTA MÜSADİRƏ EDİLMƏDİ
Rza Zərrabın evli ikən “60 il heç ayrılmayacağıq” deyib müğənni Ebru Gündəşə hədiyyə elədiyi “60 Years” adlı 7 milyon avroluq yaxtanın il yarım bundan qabaq bir tərsanədə saxlanıldığı məlum olub.
Yaxta Zərrabın adına sənədləşdirilmədiyi üçün onu müsadirə etmək mümkün olmayıb.
İstanbul Baş Prokurorluğu bütün mal və mülkünün müsadirəsi haqda qərar verəndən bəri bütün nəzərlər Rza Zərrabın sahib olduğu evlər, villalar və mallara yönəlib.
Malta bayraqlı 7 milyon avro dəyərindəki “60 Years” adlanan yaxta sahibi həbs olunduqdan sonra dəniz üzü görməyib.
2012-ci ildə suya endirilən yaxta 2016-cı ilin may ayından bu yana texniki baxış üçün lövbər saldığı Bodrum tərsanəsində saxlanılır. Həmin gündən 54 metrlik yaxta dənizə açılmayib, işçi heyət isə buraxılıb.
Yaxta Ebru Gündəşin, yaxud başqa adamın adında olarsa, müsadirə edilə bilməz.
Yaxtanın ən böyük özəlliyi onun adındadır. Sabiq iş adamı müğənni ilə evlənərkən həyat yoldaşına dediyi “60 il heç ayrılmayacağıq” sözləri yaxtanın adında əbədiləşmişdi.
Zərrab bu kəlmələri yaxta ilə yanaşı, döymə ilə sinəsinə və malikanələrinin qapısına da yazdırmışdı.
Sərrafın lüks motorlu yaxtasının adı kimi dizaynı da fərqlidir.
Onun göyərtəsindəki tavandan açılan televizor, fırlanıb bara çevrilən dolab, ellips-masa da yaxtanı fərqli edir.
Bir sözlə, motoru 2*650 gücdə olan 45 metr 72 sm uzunu, 8 metr 30 sm eni olan yaxtanın 4 kayutu var. 11 knot sürətli, 13.2 knot maksimum sürəti olan yaxtanın yelkən meydançası 1300 metrdir. İçərisində 3 təkərli motosikl parkı üçün xüsusi yer və cakuzi var. Eləcə də gəmi heyəti üçün də ayrıca 3 kayut düzəldilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.