Türkiyədə FETO əməliyyatı — 33 əsgər saxlanıldı

9-12-2017, 00:07           
Türkiyədə FETO əməliyyatı — 33 əsgər saxlanıldı
teref.az olke.az-a istinadən xəbər verir ki, bu gün İstanbul Respublika Prokurorluğunun keçirdiyi əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri saxlanılıb. Beləliklə də, FETO terror təşkilatı ilə əlaqəli saxlanılan hərbçilərin sayı 188-ə yüksəlib.

Əməliyyat çərçivəsində daha 36 şübhəli hərbçi dindirilib. Dindirilmədən sonra onlar şərti azadlığa buraxılıb.

Qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyədə hərbi-çevrilişə cəhd olub. Cəhdin FETO terror təşkilatı və şəxsən Fətullah Gülən tərəfindən təşkil olunduğu məlum olub. Hadisədən sonra Türkiyədə FETO terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində çoxsaylı əməliyyatlar keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru