Putinin Türkiyəyə səfəri nə vəd edir?

9-12-2017, 08:35           

Putin Qüds məsələsində Ərdoğan qədər sərt mövqedə deyil, ona görə də o, Ankarada bu məsələ ilə bağlı verəcəyi açıqlamalarda bir qədər ehtiyatlı olacaq. Çünki Putin, Ərdoğandan fərqli olaraq, İsraillə münasibətləri korlamaq istəmir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə münasibət bildirərkən qeyd edib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son aylarda Rusiyaya xeyli səfər edib, rusiyalı həmkarıyla gah Moskvada, gah da Soçidə görüşüb:

“Növbə Putinindir, indi onu Ankarada gözləyirlər. Liderlər həmişəki kimi iki ölkə arasında həyata keçirilən böyük enerji layihələrindən danışacaqlar, Suriyada İŞİD terroruna son qoyulması da gündəm mövzusu olacaq. ABŞ Prezidenti Donald Tramp Ərdoğan-Putin görüşünə yeni mövzu da verib. Belə ki, Türkiyə və Rusiya prezidentləri Vaşinqtonun Qüdsü İsrailin paytaxt kimi tanıması məsələsinə də toxunacaqlar”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 11 dekabrda Ankaraya səfər edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru