Terorçu kürdləri təbliğ edən müsəlman erməni azadlıqda - TÜRKİYƏDƏ

11-12-2017, 23:06           

Oktyabr ayında Türkiyənin Advin şəhərində həbs edilmiş “PKK” meyilli HDP-nin Hopa ilçə şöbəsinin başqanı Cəmil Çiçək və xanımı - Əzilənlərin Sosialist Partiyası fəalı Nurcan Vayiç Aksu sərbəst buraxılıb.

Moderator.az bu haqda Türkiyə KİV-ə istinadla xəbər yayıb.

Xəbərdə xatırladılır ki, cütlük sosial mediada hazırda “PKK” terrorçularına dəstək və Türkiyə dövlətini və xalqını aşağılamasına görə həbsdə olan HDP başqanı Selaheddin Demirtaşla bağlı müsbət təbliğat aparmaları səbəbindən “cinayəti və cinayətkarı təbliğetmə” ittihamıyla həbs edilmişdilər. Məhkəmədə cütlüyün vəkilinin tələbi ilə onlar zaminə buraxılıblar.

Xatırladaq ki, Cəmil Çiçək və Nurcan Vayiç “hemşin”, yaxud “amşen” adlanan, Osmanlı dönəmindən əksəriyyəti İslamı qəbul etmiş ermənilərdən hesab olunurlar.
Terorçu kürdləri təbliğ edən müsəlman erməni azadlıqda - TÜRKİYƏDƏ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru