“FETÖ növbəti hücuma hazırlaşır: Sensasion sui-qəsdlər törədiləcək” – Sabiq hərbi prokuror

13-12-2017, 08:34           
“FETÖ növbəti hücuma hazırlaşır: Sensasion sui-qəsdlər törədiləcək” – Sabiq hərbi prokuror
FETÖ böyük təxribatlara hazırlaşır. Siyasət, idman, incəsənət sahəsində məşhur adamlara qarşı sui-qəsd törədərək, Türkiyədə stabilliyi pozmağa çalışacaqlar.

Ovqat.com xəbər verir ki, bu proqnozu Türkiyənin Hava Qüvvələri Komandanlığının sabiq hərbi prokuroru, təqaüddə olan polkovnik Əhməd Zəki Üçok verib.

“Kanal D Haber”-ə açıqlamasında sabiq hərbi prokuror bu silsiləvi qanlı terror aktlarının bir neçə ay ərzində həyata keçiriləcəyini bildirib.

Onun dediyinə görə, 15 iyul çevriliş cəhdindən sonra xarici ölkələrə qaçan sabiq hərbi komandirlər Kosova və Makedoniyada böyük ərazilər alıb, terrorçulara təlim keçirlər. Türkiyədə sensasion sui-qəsdlər törətməyə hazırlaşanlar arasında Türk ordusunun keçmiş SAT, MAK desantları ilə yanaşı, TAK (Kürdüstan Azadlıq Şahinləri) terrorçuları, 1990-cı illərdə serblərə qarşı vuruşan UÇK (Kosova Azadlıq Ordusu) veteranları və çox sayda muzdlu əsgərlər də var.

Qeyd edək ki, Üçok FETÖ-çu hakim və prokurorlarının açdığı “Balyoz” cinayət işindən həbsxanaya düşmüş və 5 ilə yaxın məhbəs həyatı yaşamışdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru