Ermənistandan gözlənilməz addım - Sürix protokollarını ləğv edir

13-12-2017, 17:50           
Ermənistandan gözlənilməz addım - Sürix protokollarını ləğv edir
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 2009-cu ildə ildə Türkiyə ilə imzalanan, ikitərəfli əlaqələrin normallaşdırılmasına yönələn protokolları ləğv edəcəklərini açıqlayıb.

“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nalbandyan Türkiyənin protokolların ruhuna uyğun davranmadığını iddia edib: “Ermənistan prezidenti (Serj Sarkisyan) sentyabrda İrəvanın protokolları etibarsız sayacağını söylədi. O zamandan bəri qüvvəyə minməsi yönündə müsbət addım atılmadı. Bu səbəbdən də 2018-ci ilin yazını bu protokollar olmadan keçirəcəyik”.

Nalbandyan əlavə edib ki, həmin sənədlər daimi girovluqda qala bilməzlər.

Qeyd edək ki, iki ölkə arasında münasibətləin normallaşmasını təmin etmək üçün 2009-cu ildə Sürix şəhərində protokollar imzalanıb. Türkiyə parlamenti protokolu ratifikasiya etməyib. Şərt ondan ibarət olub ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru