Türkiyənin paytaxtı Ankarada əhalinin su ehtiyacını qarşılayan 7 deponun suyu tükənib. Publika.az xəbər verir ki, Ankara Şəhər Bələdiyyəsi Su və Kanalizasiya İdarəsi Müdirliyindən verilən açıqlamada depodakı suyun 20,74% olduğu bildirilib. Ankara şəhərini su ilə təmin edən depolar son illərin ən quraq mövsümünü yaşayır. Buna görə 3 depo fəaliyyətini dayandırıb. Vəziyyətlə bağlı bələdiyyə həyəcan siqnalı verib.