Zərrabın əleyhinə şahidlik edən şəxs ifadə verəcək – İlk dəfə
15-12-2017, 08:59
Rza Zərrabın şahidlik etdiyi məhkəmədə yeganə müttəhim olaraq iştirak edən “Xalqbank”ın keçmiş sədr müavini Hakan Atilla məhkəmə ilə əməkdaşlıq etməyə qərar verib.
Axar.az xəbər verir ki, Atilla həbs olunduğu gündən başlayaraq heç bir sorğuda ona ünvanlanan sualları cavablandırmayıb.
Məlumata görə, məhkəmə ilə əməkdaşlıqdan imtina edən Hakan Atilla vəkillərin və prokuror köməkçilərinin suallarını cavablandırmağa razı olub.
Qeyd edək ki, ABŞ-da ağır məhkəmələr zamanı müdafiə tərəfi qalib gələ bilməyəcəyini anladığı halda son çarə olaraq müttəhimin şəxsi istəyi ilə ifadə verməsinə razı olur.