FETÖ terrorçularının lideri Türkiyəyə gəldi

15-12-2017, 11:10           

ABŞ Mərkəzi Qüvvələrinin komandiri general Cozef Votel Türkiyəyə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 15 iyul hadisələrindən sonra Fətullahçı terror təşkilatının (FETÖ) terrorçularına sahib çıxan Vitel Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi general Hulusi Akar, iraqlı baş qərargah rəisi general Osman Qənimi, ABŞ-ın Avropadakı qüvvələrinin komandiri general Kurtis Skaparotti ilə görüşüb.

Hulusi Akar görüş zamanı ABŞ Prezidenti Donald Trampa vədini tutmaq çağırışını edib: “O, PYD silahlılarına hərbi yardımı dayandırmaqla bağlı vəd verdi. Vədini tutmaq vaxtıdı. PYD-yə yardımı dayandırın!”

Amerikalı general isə İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlardan sonra verilən silahların geri alınacağını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru