Rusiyanın Ankarada öldürülən səfirinin cinayət işində yenilik - DAHA BİR KEÇMİŞ POLİS ƏMƏKDAŞI SAXLANILDI

15-12-2017, 11:30           
Rusiyanın Ankarada öldürülən səfirinin cinayət işində yenilik - DAHA BİR KEÇMİŞ POLİS ƏMƏKDAŞI SAXLANILDI
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı aparılan istintaq çərçivəsində FETÖ ilə əlaqədə olduğu üçün polis sıralarından xaric edilən Ramazan Yücəl həbs olunub.
Türk mediası xəbər verir ki, Yücəl Ankara Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən “əvvəlcədən planlaşdırılmış qətldə iştirak” maddəsi üzrə saxlanılaraq həbsə göndərilib.
Xatırladaq ki, Andrey Karlov ötən il dekabrın 19-da Ankarada qatıldığı sərgi salonunda sui-qəsd nəticəsində öldürülüb. Aparılan istintaq tədbirləri nəticəsində 2-si polis olmaqla 4 nəfər həbs edilib/Teleqraf.com.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru