Türkiyədə dəhşətli terorun qarşısı alındı FOTO

15-12-2017, 12:12           

İstanbulda böyük qətliama səbəb olacaq terror hücumun qarşısı Milli İstihbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı ilə alınıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, dünən Bahçelievlərdə keçirilən əməliyyatla park halında olan avtobusda 60 kiloqram bomba ələ keçirilib.

Müəyyən edilib ki, PKK terrorçuları bombanı E-5 avtomobil yolunda çevik polis güclərinin olduğu avtobusun yanında partlatmağı planlaşdırırdı. Əldə edilən məlumata görə, terrorçu avtobusu Bahçelievlərdəki küçədə əməliyyatdan 30 saat əvvəl saxlayıb. Avtobusun uzaqdan verilən komando ilə patladılma ehtimalı nəzərə alınaraq siqnal kəsən qurğulardan istifadə olunub. MİT və polis əməkdaşları pusquda dayanaraq avtobusun yanına gələn terrorçunu tutublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.