Ərəb dünyasından Ərdoğana böyük qısqanclıq

16-12-2017, 09:54           

Ərdoğanın İstanbul sammitində daha genişmiqyaslı proseslərə start verməyi hədəfləyən siyasəti ərəb ölkələrinin böyük qısqanclığına səbəb olub.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hazırda Qüds istiqamətində iki cəbhənin açıldığını bildirib:

“İstanbul sammitindən öncə Ərəb Ölkələri Liqasının xarici işlər nazirlərinin toplantısı baş tutdu. Burada dominantlıq təşkil edən Səudiyyə Ərəbistan, Misir və digər ərəb ölkələri idi ki, gündəliyi də məhz onlar tərtib etmişdilər. Fikir verin, Türkiyənin təşəbbüsü ilə baş tutan İstanbul Zirvəsində sözügedən ölkələr bir o qədər fəal iştirak etmədilər. Çünki bu ölkələr məhz Ərəb Ölkələri Liqası çərçivəsində güclərini birləşdirməyə üstünlük verirlər. Türkiyənin təşəbbüsü ilə baş tutan İƏT Zirvə görüşü isə panərəb yox, panislam xarakteri daşıyırdı. Ərdoğanın İstanbul sammitində daha genişmiqyaslı proseslərə start verməyi hədəfləyən siyasəti ərəb ölkələrinin böyük qısqanclığına səbəb olub. Ərəb ölkələri İsrailə qarşı məhz öz təşkilatları çərçivəsində müqavimət aparmaq istəyirlər. Buna görə də onlar gələn ilin əvvəlində dövlət başçıları səviyyəsində növbəti sammitlərini keçirməyi planlaşdırırlar. Hazırda Ərəb Ölkələri Liqasının xarici işlər nazirləri bu işlə məşğuldurlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.