TÜRKIYƏDƏ BAYRAĞIMIZ ENDI: SƏFIRDƏN – SƏRT REAKSIYA

16-12-2017, 10:39           

Türkiyənin Uludağ Universitetində Salih Pay adlı ilahiyyat professorunun universitetdə dalğalanan Azərbaycan bayrağını endirməsinə türkiyəli diplomat Hulusi Kılıç kəskin reaksiya verib.

Axar.az xəbər verir ki, Türkiyənin Bakıdakı keçmiş səfiri, hazırda Moldovada səfir olan Hulusi Kılıç bu barədə yazdığı şərhində Azərbaycan bayrağını endirən xain əlin cəzalanmalı olduğunu bildirib.

“Azərbaycan bayrağı türk bayrağıdır. O bayrağa uzanan əllər qırılsın. O xain əl kiminsə, mütləq cəzalandırılmalıdır. Millətini tanımayanın Türk Dünyasında yaşamağa haqqı yoxdur”, - Kılıç qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru