Rusiyanın baş qərargah rəisi Türkiyədə: AFRİN MÜZAKİRƏ OLUNUR

16-12-2017, 11:01           
Rusiyanın baş qərargah rəisi Türkiyədə: AFRİN MÜZAKİRƏ OLUNUR
Türkiyənin baş qərargah rəisi general Hulusi Akar və Rusiyanın baş qərargah rəisi ordu generalı Valeri Gerasimovun görüşlərində Afrin məsələsinin müzakirə olunduğu iddia edilir.

Türkiyənin baş qərargah rəhbərliyinin dünən axşam saatlarında verdiyi açıqlama ilə Rusya baş qərargah rəisi Gerasimovun Ankarada olduğu və Akarla görüşdüyü bəlli olub. Gerasimovun, əsasən İraq və Suriyanın Pentaqon generalları ilə danışıldığı srağagünkü "üçlü zirvə" dən dərhal sonra paytaxta gəlməsi diqqət çəkib.

AFRİN MÜZAKİRƏ OLUNUB

Hərbi kuluarlardan sızan məlumatlara görə, Gerasimovla Akar Rusiya və İran tərəfindən yoxlanılan İdlibdəki sabitlik bölgəsi ilə PYD/YPG qüvvələrinin hakimiyyəti altındakı olan Afrin məsələsi müzakirə olunub. Bu çərçivədə İdlibdə TSK tərəfindən indiyə qədər 3 ayrı müşahidə nöqtəsindəki fəaliyyətlər, qalan digər 9 müşahidə nöqtəsini qurma işləri ilə PYD/YPG-nin Afrini tərk etməsinin danışıldığı iddia edilib.
Bir müddətdən bəri Türkiyə ilə Rusiya arasında, PYD-nin Afrindən ayrılması, onların yerinə bölgəyə Əsəd qüvvələrinin yerləşməsi variantının danışıldığı irəli sürülürdü.
Ortaya atılan digər bir iddia da Türkiyə ilə Rusiyanın Afrin məsələsində razılaşıb, Rusiya nəzarətində PYD/YPG-nin çəkilməsindən sonra bölgəyə Türk əsgərinin yerləşəcəyi istiqamətindədir. Ordu generalı Akarın görüşdə Rusiyalı həmkarına Pentaqon generalları ilə keçirilən üçlü toplantı haqqında da məlumat verdiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.