Türkiyə ABŞ-a meydan oxudu

16-12-2017, 21:46           
Türkiyə ABŞ-a meydan oxudu

ABŞ-ın Suriyada terror dövləti yaratmasına icazə verməyəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyə Qüds və Suriya məsələsində geri addım atmayacaq:
“Biz yaradan üçün insanları sevdik. Qüds məsələsində bir çox ölkənin etdiyi kimi geri addım atmarıq. Buna haqqımız yoxdur. Biz İsrail istəmir deyə, Fələstinin Qüdsdəki haqqını müdafiə etməkdən əl çəkmərik. ABŞ-ın başqa hesabları var deyə, onların Suriyada terror dövləti qurmasına icazə vermərik. Suriyada zülm varsa, “bizə nə” deyə bilmərik. Qüdsə uzanan hər əli İstanbula uzanan əl hesab edirik. Əcdadımızın bizə əmanəti olan bu müvqeyimizdən əl çəkmərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.