Ərdoğana sui-qəsdin qarşısı alındı

17-12-2017, 17:25           
Ərdoğana sui-qəsdin qarşısı alındı
Yunanıstanda saxlanılan DHKP-C terror təşkilatının 9 üzvünün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd planlaşdırdığı ortaya çıxıb.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə yunan polisinin saxlanılan şəxslərin evlərindən tapdığı sənədlərdə qeyd edilib.

Həmin planda raket və əl qumbaralarla Ərdoğana sui-qəsd edilməsi nəzərdə tutulubmuş. Hücum Ərdoğanın Yunanıstana səfəri zamanı kartejin keçidi əsnasında ediləcəkmiş. Lakin yunan polisinin 9 terrorçunu ələ keçirməsi nəticəsində plan baş tutmayıb.

Hazırda polislər sui-qəsddə istifadə edilməsi planlaşdırılan raket və qumbaraları axtarır. Silah-sursatın Afinanın şərqindəki Parnita dağının ətəyində basdırıldığı ehtimal edilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru