Ərdoğandan gözdağı: Onlar bunun hesabını verəcəklər

18-12-2017, 09:44           

Çətin vəziyyətlərdə səbir edən, Rəbbinə güvənən və birlik olan milləti nə daxildəki, nə də xaricdəki qüvvələr yıxa bilər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya şəhərində çıxışı zamanı deyib.

“Bəziləri hədəflərini şiddətlə, qanla həyata keçirər. Bəziləri imamı səhər namazına getdiyi vaxt, körpəni qundaqda öldürərək güc nümayiş etdirər. Bəzi qüvvələr müsəlmanların həssas nöqtələrinə toxunub, sərhədlərimizi pozmağa çalışar. Amma unutmayın ki, qətiyyən mübarizədən vaz keçməyəcəyik. Zalımların cinayətləri heç vaxt cəzasız qalmır. Onlar qətliamların, zülmlərin hesabını verəcəklər”, - Ərdoğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru