Bir ölkə: 3 baş nazir və intihar edən 3 oğul

18-12-2017, 12:08           

Türkiyənin keçmiş baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmazın intiharı bu ölkədə sabiq yüksək rütbəli məmurların ailəsindəki ilk hadisə deyil.

Cebhe.info xəbər verir ki, baş nazirlər Cəlal Bayar və Adnan Menderesin ailəsində də belə hadisələr olub. Hər 3 baş nazirin ortaq nöqtəsi oğullarının intihar etməsidir.

Cəlal Bayarın oğlu Rəfi Bayar 1940-cı ildə intihar edib. O, atasının baş nazir olduğu dönəmdə açılan Dənizçibank istintaqı əsnasında həyatına son qoyub.

Edam edilən Adnan Menderesin oğlu Yüksəl Menderes də həyatına intiharla son verib. O, atasının öldürülməsindən 11 il sonra, yəni 1972-ci ildə intihar edib. İntiharından əvvəl oğul Menderes "Pis hadisələr qarşısında bundan artıq dözüm göstərməyəcəyəm. Artıq yaşamaq gücümü itirdim. Atamdan daha pis gedirəm", -deyə məktub yazıb.

Məsud Yılmazın oğlu isə bu günlərdə intihar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru