Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik aradan qaldırıldı

18-12-2017, 17:09           
Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik aradan qaldırıldı
Türkiyənin Uludağ Universitetində Azərbaycan bayrağının endirilməsi Azərbaycan və qardaş ölkədə ciddi etiraz doğurub. Universitetin Salih Pay adlı ilahiyyat professoru Azərbaycan bayrağının endirilməsinə qərar verib. Səbəb Ermənistan bayrağının universitetin bayraqlar sırasından çıxarılması olub.

Professorun bu hərəkəti millətçi gənclərin narazılığna səbəb olub.

Modern.az saytı məsələ ilə bağlı Azərbaycan Təhsil və Kültür Dərnəyinin sədri Aygün Həsənoğlu ilə əlaqə saxlayıb. O, məsələnin həll edildiyini deyib.

“Türkiyədə hansısa yerdə Azərbaycan bayrağının endirilməsi, Türkiyə dövlətinin və xalqının mövqeyi deyil. Bu, universitet rəhbərinin hansı əqidənin sahibi olması ilə bağlıdır.

Sovet sistemindən çıxmışıq deyə hansısa ölkədə kimsə nəsə bir neqativ iş görəndə dərhal dövlətin adına yazırıq. Halbuki, sosial şəbəkələrdə Türkiyə dövlət başçısının ünvanına aşağılayıcı fikirlər söylənilir. Bu isə təbii ki, Azərbaycan dövlətinin mövqeyi deyil. Ona görə də universitet rəhbərinin hərəkəti qəbuledilməzdir və bunun qarşısı alındı. Bayraq yerinə qaytarıldı”.

Aygün Həsənoğlu bu cür məsələlərdə daha diqqətli olmağı tövsiyə edib.

“Ona görə də mətbuat bu cür məsələləri işıqlandıran zaman diqqətli olmalıdır. Televiziyalar, qəzetlər, saytlar ayrı-ayrı konsulluqların nəzarətindədir.

Dövlətin nəzarətində deyil. Məsələn, mən bu gün əgər pulum olarsa, çox rahat şəkildə Türkiyədə televiziya aça bilərəm. Medianın, universitetlərin bir çoxu özəldir. Türkiyə demokratik ölkə olduğundan hər kəs fikrini açıq deyə bilir. Ona görə də Uludağ Universitetinin rektorunun etdiyi Türkiyə dövlətinin adına yazıla bilməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.